Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb – VİDEO / GÖRÜNTÜ

Polis əməkdaşlarının hücumuna məruz qalan

GünAz TV : Cümə günü Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüşdə Azərbaycan komandasının tərəfdarları polis əməkdaşlarının hücumuna məruz qalıb.

 

Məlumata görə, oyun başlamadan əvvəl onlarla “Traxtur” tərəfdarı döyülərək müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Xəsarət alan soydaşlarımızdan birinin bir neçə dişi qırılıb və dodağı partlayıb.

 

 

Bir soydaşımız isə üz nahiyyəsindən xəsarət alıb. Yaralının vəziyyəti haqda danışan bir azərbaycanlı ruhani bütün bu təzyiqlərin Azərbaycan və türk kimliyi ilə bağlı olduğunu deyib.

 

https://www.youtube.com/watch?time_continue=47&v=7VcuwS6JpRo

 

Yayılan videolarda “Traxtur” tərəfdarlarına hücum edən polis əməkdaşlarının onlara qarşı aşağılayıcı və təhqiramiz ifadələr işlətdiyi görünür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN