Prezident Həsən Ruhani Qərbi Azərbaycana səfəri zamanı Urmu gölünə baxış keçirməyəcək!

Prezident Həsən Ruhani Qərbi Azərbaycana səfəri zamanı Urmu gölünə baxış keçirməyəcək!

GünAz TV: İran prezidenti Həsən Ruhani gələn həftə Qərbi Azərbaycana edəcəyi səfər zamanı Urmu gölünə baxış keçirməyəcək.

 

Bu, Qərbi Azərbaycan Valiliyi səfər proqramını elan etdikdən sonra məlum olub.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari prezidentin əsas hədəfinin əhali ilə görüşməkdən ibarət olduğunu bildirib.

 

Valinin sözlərinə görə, Urmiyənin Xomeyni, Mütəhhəri və Taliqani xəstəxanalarının inkişafı ilə bağlı aparılan işlərlə tanış olmaq, həmçinin Xoy şəhərinin 200 yataqlı Xomeyni xəstəxanası, Urmiyənin Referans Klinik Laboratoriya Mərkəzi, 20 kəndin qazlaşdırılması layihəsi, Makunun hava limanı və elektrik stansiyasının açılışı prezidentin səfər proqramına daxil olunub.

 

Şübhəsiz ki, prezidentin böhran içində olan Urmu gölünə baxış keçirməməsi yerli əhali tərəfindən etirazla qarşılanacaq. Həsən Ruhani 5 il yarım əvvəl seçkiqabağı təbliğat-təşviqat dönəmində Azərbaycan türk millətinə Urmu gölünü canlandırmaq və Təbrizdə türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı vəd vermişdir. Həsən Ruhani verdiyi vədi bu günə qədər yerinə yetirməyib, hətta onun prezidentlik dövründə Urmu gölündə suyun həcmi təxminən 3 milyard kubmetrdən 1 milyard kubmetrdən də aşağı düşüb. Bütün bunlar Azərbaycanda Həsən Ruhaniyə qarşı ciddi etimadsızlıq yaradıb, ona görə də onun Qərbi Azərbaycan əhalisi tərəfindən necə qarşılanacağı bu gündən bəllidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN