Qar səbəbindən Nəqədə və Piranşəhrin bəzi məktəblərdə tətil elan edilib

Qar səbəbindən Nəqədə və Piranşəhrin bəzi məktəblərdə tətil elan edilib

GünAz TV: Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsi güclü qar və çovğun xəbərdarlığı səbəbindən bu gün Nəqədə və Piranşəhrdə bölgələrindəki məktəblərdə günorta növbəsinin tətilə buraxılacağı barədə məlumat yayıb.

 

Məlumata əsasən, sinoptiklərin güclü qar yağacağı və havanın tempraturunun kəskin aşağı düşəcəyilə bağlı proqnozundan sonra qeyd edilən şəhərlərdə məktəbə qədər hazırlıq müəssisələrinin və ibtidai təhsil məktəblərində günorta növbəsinin tətilə buraxılması qərara alınıb.

 

Qərbi Azərbaycanın Hidrometeoroloji Proqnozlar Bürosu bu gündən etibarən əyalətə soyuq hava kütlələrinin daxil olacağı və nəticədə güclü qar yağacağı ilə bağlı xəbər yayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN