“Qara yol” İstanbul film festivalının "ən yaxşı film" mükafatını qazanıb

“Qara yol” İstanbul film festivalının

GünAz TV: Güney azərbaycanlı məşhur rejissor Leyla Novruzinin çəkdiyi  "Qara yol" filmi İstanbul "İpək yolu" film festivalının "ən yaxşı film" mükafatına layiq görülüb.

 

Altıncı "İpək yolu" film festivalı Türkiyə Mədəniyyət Nazirliyinin Kino üzrə Baş İdarəsinin iştirakı ilə Kino və Televiziya Filmləri Sahibləri Birliyi tərəfindən keçirilib.

 

Leyla Novruzi “Qara yol” filminin mətnini 3 il əvvəl yazıb. Film atasını itirmiş gənc qız Aydadan bəhs edir. Atasının dəfn mərasiminə qatılmaq üçün Tehrandan Ərdəbilə gələn Ayda yolda Duman adlı biri ilə tanış olur. Film Aydanın vətəni Ərdəbil və Azərbaycanın simvolu kimi atasına olan məhəbbətini çatdırmaq istəyir.

 

Festivala Azərbaycan Respublikası, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, İtaliya, Suriya, Hindistan və Yunanıstandan olan kinematoqraflar qatılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN