“Qaraçay” Şurasından önəmli qərar: Qəsəbədə bütün küçə və məhəllə adları ana dilimizdə olacaq – GÖRÜNTÜ

“Qaraçay” Şurasından önəmli qərar: Qəsəbədə bütün küçə və məhəllə adları ana dilimizdə olacaq – GÖRÜNTÜ

GünAz TV: Məlikanın (Məlikkəndi) Qaraçay kəndinin Şurası təqdirəlayiq bir qərara imza ataraq qəsəbədə farsca olan bütün xiyaban, küçə və məhəllə adlarını türk adları ilə dəyişdirib.

 

Şura əhalinin tələbi əsasında qəsəbədə üzərində Bustan, Gülüstan, Hafiz, Sədi və s. kimi sözlər yazılan lövhələri toplayıb, onların yerinə Səttarxan xiyabanı, Şəhriyar küçəsi, Səhənd küçəsi, Baqirxan xiyabanı, Güllər küçəsi, Xanlıq məhəlləsi, Bağ küçəsi və s. kimi lövhələr asdırıb.

 

Azərbaycan türk millətinin milli kimliyinin qorunub saxlanılması istiqamətində atılan addım soydaşlarımız  tərərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Qaraçay qəsəbəsi Şərqi Azərbaycan Əyalətinin Məlikan şəhərinin ətrafında yerləşir. Qəsəbə əhalisinin əksəriyyəti kənd təsərrüfatı işləri ilə məşğul olur.

 

Qaraçaydan GünAz TV-nin mətbuat mərkəzinə göndərilən şəkillər:

 

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN