Qədim “Təkəm gəzdirmə” mərasimi Zəncan məktəblərində...

Qədim “Təkəm gəzdirmə” mərasimi Zəncan məktəblərində...

GünAz TV: Son günlərdə Güney Azərbaycanın şəhər və kəndlərində Novruz bayramı şənlikləri keçirilir.

 

Müxtəlif bayram şənlikləri ilə birlikdə qədim “Təkəm gəzdirmə” mərasimi də qeyd olunur.

 

Məlumata görə, zəncanlı məktəblilər artıq “Təkəm gəzdirmə” mərasiminə başlayıb. “Səma” qız məktəbinin şagirdləri qədim mərasimi Azərbaycanın milli geyimində qeyd ediblər.

 

“Təkəm gəzdirmə” mərasiminin Novruz bayramı ərəfəsində Güney Azərbaycanın digər şəhərlərində də keçiriləcəyi gözlənilir.

 

Son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb.

 

“Təkə” türk dilində erkək keçi, “təkəm” isə mənim keçim deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir. “Təkəm gəzdirmə” mərasimində təkəmçi ağacdan təkə hazırlayaraq onu əlində tutur və şəhəri gəzir. Təkəmçi əlindəki təkəni tərpədib, şeir oxuyur və bahar müjdəsini verir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN