Qərbi Azərbaycan Əyalətində baş vermiş zəlzələdə 5 kəndə ziyan dəyib

Qərbi Azərbaycan Əyalətində baş vermiş zəlzələdə 5 kəndə ziyan dəyib

GünAz TV: Sentyabrın 14-ü axşam saatlarında Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ olub.

 

Zəlzələ nəticəsində “Yuxarı Şeyx Silo”, “Aşağı Şeyx Silo”, Navır, Zənkərə və Dovşantəpə kəndlərində 53 ev ziyan görüb, insan tələfatı yoxdur.

 

Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin açıqladığı məlumata görə, bölgəyə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün xüsusi qrupla birlikdə 60 çadır və bir sıra digər yardımlar göndərilib.

 

Şənbə günü yerli vaxtla saat 20:03-də baş verən zəlzələnin ocağı Çaldıranın 19 və Avacığın 38 kilometrliyində 10 km dərinlikdə yerləşib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN