Qərbi Azərbaycan mədənlərinin qranit daşı İranın mərkəzi şəhərlərinə daşınır

Qərbi Azərbaycan mədənlərinin qranit daşı İranın mərkəzi şəhərlərinə daşınır

GünAz TV: Son vaxtlar məhsulu İranın mərkəzi şəhərlərinə daşınan mədənlər arasında Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçay şəhərinin qiymətli daş mədənlərinin adı tez-tez çəkilir.


Məlumata görə, Qoşaçayın Baruq kəndinin mədənlərindən əldə olunan minlərlə ton qranit daşı İranın fars bölgələrinə daşınır.

 

Mayın 22-də yayılan görüntülərdə mədən məhsullarının xammal kimi bölgədən çıxarıldığı görünür.

 

Hökumət təmsilçilərinin rəsmi açıqlamalarına görə, Baruq mədənlərinin əsas səhmdarları İranın İsfahan, Şiraz və Məşhəd şəhərlərindəndir.

 

Qiymətli daşlar, qızıl, mis, mineral sular, müxtəlif metallar və s. kimi yataqlarla zəngin olan Qərbi Azərbaycan Əyalətində yoxsulluq və işsizlik hökm sürür. Sözügedən mədənlərin bölgənin iqtisadiyyatına təxminən heç bir təsiri yoxdur. Buna səbəb mədən məhsullarının xammal kimi İranın mərkəzi şəhərlərində yerləşən zavodlara daşınmasıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN