“Qərbi Azərbaycan valisinin əyalətin inkişafı üçün proqramı yoxdur”- Urmiyənin millət vəkili

“Qərbi Azərbaycan valisinin əyalətin inkişafı üçün proqramı yoxdur”- Urmiyənin millət vəkili

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Qərbi Azərbaycanın yerli olmayan valisi Məhəmməd Mehdi Şəhriyarini əyalətin inkişafı üçün heç bir plan hazırlamamaqda günahlandırıb.

 

Millət vəkili bu barədə fevralın 7-də Qərbi Azərbaycan Əhalisinin yatırım və məşğulluq işləri üzrə işçi qrupunun 17-ci iclasında danışıb.

 

Kooperasiya, əmək və sosial rifah naziri, millət vəkilləri və əyalət məsullarının iştirakı ilə valilikdə keçirilən tədbirdə Hadi Bahaduri 2 il əvvəl Qərbi Azərbaycana vali seçilən kürd kökənli Məhəmməd Mehdi Şəhriyarinin fəaliyyətini sərt tənqid edib.

 

“Dəfələrlə tədbir keçirmişik. Lakin bizim əsas problemimiz Qərbi Azərbaycan üçün inkişaf planının olmamasıdır. Ona görə də biz əyalətin inkişafda olub və ya olmamağını başa düşə bilmirik.

Qərbi Azərbaycanın potensial sərmayə və imkanları qeyri-müəyyən vəziyyətdədir. İldə təxminən 10 min nəfər universitetdən məzun olur. Onlar çalışmaq üçün iş tapa bilmir. Sənaye şəhərcikləri tətil olunub, hesab eliyirəm ki,  səs-küylə iqtisadi problemləri həll etmək mümkün deyil.

Hazırda yüksək lisans və doktorluq diplomu olanlar fəhlə işləmək istəyir, hətta onu da tapa bilmirlər”- deyə millət vəkili bildirib.

 

Hadi Bahaduri sözlərinin sonunda vurğulayıb ki, artıq şəkil çəkdirmək və reklam işi ilə məşğul olmaq vaxtı deyil. Biz valilik məsullarından inkişaf planının təqdim edilməsini tələb edirik.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir.

Məhəmməd Mehdi Şəhriyari əyalətin problemləri ilə məşğul olmaq yerinə, kürd terror qruplaşmalarının nəzərdə tutduğu projeləri həyata keçirməyə çalışır. Onun bu istiqamətdə sərgilədiyi mövqe dəfələrlə kütləvi informasiya vasitələrinin gündəminə düşüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN