Qərbi Azərbaycanda istehsal müəssisəslərinin 73 faizi bağlanıb

Qərbi Azərbaycanda istehsal müəssisəslərinin 73 faizi bağlanıb

GünAz TV: Qərbi Azərbaycanda sənaye müəssisələrinin 73 faizi, yəni 640-dan çox müəssisə iqtisadi böhran səbəbindən fəaliyyətini dayandırıb.

 

Bu sözləri Qərbi Azərbaycan Ticarət və Mədən Sənayesi Təşkilatının rəisi Cəfərsadiq İskəndəri “Fars” xəbər agentliyinin müxbirinə bildirib.

 

“Əyalətdə fəaliyyət göstərən istehsal müəssisələrindən yalnız 27 faizi (173 müəssisə) fəal vəziyyətdədir. Ümumiyyətlə 21 min iqtisadi layihə və istehsal müəssisəsi maliyyə problemləri ilə əlaqədar iqtisadi böhranla üzləşib. Onların yenidən canlandırılması üçün 300 min milyard rial vəsait lazımdır. Bu vəziyyətdə Qərbi Azərbaycan Ticarət və Mədən Sənayesi Təşkilatı yalnız 630 layihə və istehsal müəssisəsini qurtarmağa çalışır. Bunun üçün 9 min milyard rial vəsait tələb olunur”- deyə o bildirib.

 

C.İskəndərinin sözlərinə görə, cari ildə (hicri-şəmsi təqvimi ilə 1396-cı il) iqtisadi layihələr və bəzi istehsal müəssisələri üçün nəzərdə tutulan 9 min milyard rialdan sadəcə 3 min 90 milyard tümən məbləğində vəsait təhvil verilib. O, qalan məbləğ, həmçinin çox sayda iqtisadi layihə və istehsal müəssisələrinin gələcək taleyi haqda  heç bir məlumat verməyib.

 

Qeyd edək ki, Qərbi Azərbaycan Əyaləti üç xarici ölkə ilə qonşu olmasına baxmayaraq bu gün iqtisadi cəhətdən İran coğrafiyasının ən zəif əyalətlərindən biridir. Statistik məlumata görə, ölkənin 4.1 faiz əhalisi bu əyalətdə yaşayır, lakin ümumi büdcənin yalnız 0.007 faizi əyalət üçün ayrılır. Başqa sözlə desək Qərbi Azərbaycana verilməli olan 42 tümən məbləğdən yalnız 1 tümən ödənilir, qalan 41 tümən Tehran  rejimi tərəfindən müsadirə olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN