Qərbi Azərbaycanda meyvə-tərəvəz istehsalçıları məhsullarını ixrac edə bilmir

Qərbi Azərbaycanda meyvə-tərəvəz istehsalçıları məhsullarını ixrac edə bilmir

GünAz TV: Qərbi Azərbaycanda meyvə-tərəvəz istehsalçıları min bir zəhmətlə əkib-becərdikləri məhsulları satışa çıxara bilmir.

 

Mətbuatda yayılan məlumata görə, bunun əsas səbəbi idxal-ixrac əməliyyatlarının uzun sürməsidir.

 

Yerli məsullar bölgənin meyvə məhsullarının ixracı üçün lazımi şərayitin yaradılacağı ilə bağlı dəfələrlə söz versələr də, bu istiqamətdə heç bir addım atılmayıb. Xaric ölkələrə ixrac problemi o həddə çatıb ki, meyvə-tərəvəz istehsalçıları ilə yanaşı ticarətçilər də bu vəziyyətdən şikayətlənir.

 

Kütləvi informasiya vasitələrində bu barədə yayılan məlumatda qeyd olunur ki, meyvə ilə dolu yük maşınları gömrük postlarında dəmir və armatur kimi xarab olmayan məhsul daşıyan maşınlarla eyni sırada dayanırlar. Bu ona görədir ki, Gümrük İdarəsi onlar üçün xüsusi zolaq nəzərdə tutmayıb. Bu vəziyyəti Türkiyə və İraq sərhədlərində yerləşən gömrük-keçid məntəqələrində müşahidə etmək mümkündür.

 

Bu arada Urmiyənin millət vəkili Nadir Qazipur çərşənbə axşamı günü parlamentdə etdiyi çıxışında Kənd Təsərrüfatı nazirinə xitabən bildirib ki, məhsulların nəzarətsiz şəkildə idxal edilməsi və ixracata icazə verilməməsi Azərbaycan əkinçilərinə böyük ziyan vurub.

 

Nadir Qazipur ölkə prezidenti və onun birinci müavininə xitabən yenə də əkinçilərin problemlərindən danışıb.

“Qərbi Azərbaycan və Urmiyanın məzlum əkinçilərinin dadına çatmaq lazımdır. Urmiyanın 40 kəndində yağan dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Əkinçilər pomidor, üzüm və alma məhsullarını sata bilmir. Nə üçün bu məhsulların real qiyməti müəyyən edilmir?!”- deyə o bildirib.

 

Qeyd edək ki, Güney Azərbaycanın əksər bölgələrində əkinçilər məhsullarını vaxtı-vaxtında bazara çıxarıb real qiymətə sata bilmir. Bu problem hər il gündəmə gəlir. Hətta alma kimi bağ məhsullarının tonlarla yol kənarında qalanıb məhv olduğuna da şahid oluruq. İran dövlətinin bazara nəzarət etməməsi və müxtəlif yollarla ixracata maneçilik törətməsi kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımızın əsas probleminə çevrilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN