Qərbi Azərbaycanda təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirilir – GÖRÜNTÜ

Qərbi Azərbaycanda təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirilir – GÖRÜNTÜ

GünAz TV: İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olması ilə bağlı çıxışı Güney Azərbaycanın müxtəlif bölgələrində geniş etirazlara səbəb olub.

 

Məlumata görə, Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyədə divarlara çox sayda etiraz posterləri yapışdırılıb.  Gənc fəallar tərəfindən yapışdırılan posterlərə “Türk dili mənim qırmızı xəttimdir” və “Mənim dilim ölən deyil, Başqa dilə dönən deyil” şüarları yazılıb.

 

Bu vasitə ilə təhsil nazirinin irqçi açıqlamasını pisləyən soydaşlarımız İranda türk millətinin ana dili və milli kimliyinin qorunub saxlanılmasının zəruriliyini vurğulayıblar.

 

Oxşar şüarlar ötən günlərdə Təbriz, Parsabad, Ərdəbil və Çaypara şəhərlərinin ən hərəkətli yerlərində divarlara yazılmışdır.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, aradan iki həftədən çox zaman keçməsinə baxmayaraq etirazlar davam edir.

 

 

 

 

 


 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN