Qərbi Azərbaycanın 6 təbii və tarixi abidəsi ölkənin milli abidələr siyahısına daxil edilib

Qərbi Azərbaycanın 6 təbii və tarixi abidəsi ölkənin milli abidələr siyahısına daxil edilib

GünAz TV: Qərbi Azərbaycan Əyaləti Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi Cəlil Cabbari təmsil etdiyi əyalətin 2 təbii və 4 tarixi abidəsinin ölkənin milli abidələr siyahısında qeydə alındığını bildirib.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışaraq abidələrin Novruz bayramı ərəfəsində qeydiyyata alındığını deyib.

 

“Tikantəpənin Sasanilər dövrünə aid Çartağı (Çahar taqi) abidəsi, Fətəlixan Əfşar körpüsü və “Qara bulaq” hamamı, eləcə də Bukanın Sərdar qalası, tarixi abidə kimi ölkənin milli abidələr siyahısına salınıb. Bundan əlavə, Urmiyənin “Solə Dokəl” şəlaləsi (Dizə şəlaləsi) və Marmişo gölü təbii abidə kimi siyahıya daxil edilib.

 

Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi vurğulayıb ki, tarixi əsərlərin qorunub saxlanması üçün onları kəşf edib milli abidələr siyahısına daxil etmək vacib məsələdir, ona görə də bu istiqamətdə lazımi addımlar atılmaqdadır.

 

Cəlil Cabbari son qeydiyyatdan sonra Qərbi Azərbaycanda qeydə alınan təbii abidələrin sayının 9-a çatdığını bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN