Qərbi Azərbaycanın parçalanması ilə bağlı təklif layihəsini imzalayan sözdə türk millət vəkilləri

Qərbi Azərbaycanın parçalanması ilə bağlı təklif layihəsini imzalayan sözdə türk millət vəkilləri

GünAz TV: Xəbər verdiyimiz kimi, avqustun 17-də Qərbi Azərbaycan Əyalətində yeni əyalətin yaradılması ilə bağlı təklif layihəsi İran parlamentinə təqdim olunmuşur.

Təklif layihəsinə bir neçə hökumətin əlaltısı olan azərbaycanlı millət vəkili də imza atıb.

 

Təklif layihəsi Xoy şəhərinin millət vəkili Tağı Kəbiri tərəfindən parlamentinə təqdim olunub. Lakin təklifə edilən etirazlar bir gün sonra onun gündəmdən çıxarılmasına səbəb olub. Buna baxmayaraq Güney Azərbaycana qarşı qurulan müxtəlif gizli ssenarilərin hər zaman aktual olduğu məlum olub.

 

Tağı Kəbiri

 

Məlumata görə, təklif layihəsi 67 deputat tərəfindən imzalanıb, onlardan 4-ü erməni, 56 fars, kürd və s. 7-i isə hökumətin əlaltısı olan sözdə azərbaycanlı millət vəkilləridir.

 

Milli, bəlkə də siyasi şüurunun aşağı olduğundan Qərbi Azərbaycan Əyalətinin parçalanması ilə bağlı təklif layihəsinə Bostanabadın millət vəkili Məhəmməd Vəhdəti, Miyananın millət vəklili Yəqub Şivari, Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün millət vəkil Şəhabəddin Bimiqdar, Təbriz, Azərşəhr və Üskünün millət vəkili Zəhra Sai, Kəleybər, Xudafərin və Hurandın millət vəkili Quliulla Quluzadə, Bicarın millət vəkili Həmdulla Kərimi və Xoy şəhərinin millət vəkili Tağı Kərimi imza atıb.

 

Azərbaycanın milli mənafeyinə qarşı yönələn təklif layihəsinin bəzi sözdə türk millət vəkilləri tərəfindən imzalanması güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN