Qərbi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub

Qərbi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub

GünAz TV: Bu gün Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin Firurəq məntəqəsində 4.4 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə Qərbi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəisi Əmir Abbas Cəfəri mətbuata məlumat verib.

 

İnformasiyaya görə, zəlzələ yerli vaxtla saat 10:09-da qeydə alınıb.

 

Zəlzələnin episentri Qotur şəhərindən 30 və Xoy şəhərindən 18 kilometr məsafədə Firurəq məntəqəsində olub.

 

Yeraltı təkanlarının ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Əmir Abbas Cəfərinin sözlərinə görə, bölgədə dağıntı və tələfat yoxdur.

 

Xatırladaq ki, son vaxtlar Xoy şəhəri və ətraf məntəqələrdə ardıcıl olaraq yeraltı təkanlar qeydə alınır. Fevralın 23-də Qotur məntəqəsində baş verən zəlzələ çox sayda kənddə dağıntılara səbəb olmuşdur. Hazırda 43 kəndin əhalisi soyuq hava şəraitində çadırlarda yaşayır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN