Qərbi azərbaycanlı millət vəkilləri ölkədən çıxış üçün ödənilən dövlət rüsumunun artması barədə xəbərdarlıq ediblər

Qərbi azərbaycanlı millət vəkilləri ölkədən çıxış üçün ödənilən dövlət rüsumunun artması barədə xəbərdarlıq ediblər

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri ölkədən çıxış üçün ödənilən dövlət rüsumunun artmasına etiraz edib.

 

O bu barədə İqtisadiyyat nazirinə məktub ünvanlayaraq bildirib ki, dövlət rüsumunu azaltmaq üçün 10 gün fürsətiniz var, əks halda deputatların suallarını cavablandırmaq üçün parlamentə çağırılacaqsınız.

 

Bundan əlavə, Hadi Bahaduri və Makı məntəqəsinin millət vəkili Eynulla Şərifpur əhalinin etirazına səbəb olan qərarla bağlı İqtisadiyyat nazirinə birlikdə xəbərdarlıq ediblər.

 

Birgə yazılan yazılı xəbərdarlıqda qeyd olunub ki, “çıxış üçün ödənilən dövlət rüsumunun artması sərhəddə yaşayan əhali və xaric ölkələrə gedən öyrəncilər üçün ciddi problemlər yaradıb. Sizdən bir çox sıxıntılara səbəb olan qərarın ləğv edilməsini tələb edirik.”

 

Novruz bayramı günlərindən tətbiq olunan qanun gömrük-keçid məntəqəsinin fəaliyyət göstərdiyi şəhərlərdə bütün əhali, xüsusi ilə də ticarətlə məşğul olan insanlar üçün bir çox problemlər yaradıb. Hatta bununla bağlı Türkiyə ilə sərhəddə yerləşən Bazirqan şəhərində etiraz yığıncağı da keçirilib. Hazırda Güney Azərbaycanın bir neçə şəhərində ticarət işləri daha da çətinləşdiyi üçün bazar durğun vəziyyətə düşüb. Əhalinin vətəndaş hüququndan yararlanaraq qonşu ölkələrə gedə bilməməsi, sərhəddə yaşayan kürd qaçaqmalçıları üçün yeni fürsətə çevrilib. Onlar qaçaq yolu ilə qonşu ölkələrdən daşıdıqları müxtəlif malları baha qiymətə əhaliyə satır. Bütün bunlar bölgə əhalisinin kəskin etirazına səbəb olub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN