Qəzvin əhalisi çörəyin keyfiyyətindən şikayətlənir

Qəzvin əhalisi çörəyin keyfiyyətindən şikayətlənir

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərinin əhalisi satışa buraxılan çörəyin keyfiyyətindən şikayətlənir.

 

Bu barədə Qəzvin sakinlərindən biri “İrna” xəbər agentliyinə danışıb.

“Son illərdə çörəyin qiyməti artmayıb. Lakin bu məsələ çörəyin keyfiyyətinə mənfi təsir göstərib. Hesab eliyirəm ki, məsullar unun hədər getməsi və əhalinin narazı qalması məsələsinə xüsusi diqqət yetirməlidir.”- deyə Əli Rəhimi bildirib.

 

Həsən Abbasnəjad adlı daha bir qəzvinli soydaşımız “İrna” agentliyinin müxbirinə çörəyin keyfiyyətindən şikayətlənib. O bildirib ki, çörək təmiz və sağlam şəraitdə hazırlanmalıdır. Lakin çörəkxanalarda gigiyena (behdaş) qaydalarına əməl olunmur. Çörək əhalinin ən çox istifadə etdiyi ərzaq növüdür. Lazım gələrsə, çörəyin keyfiyyətinin yaxşılaşması üçün qiymətləri artırmaq olar.”- deyə o bildirib.

 

Qəzvin valisinin iqtisadi məsələlər üzrə müavini İsa Qubadi bu məsələyə öz münasibətini bildirib.

“Biz bir tərəfdən qiyməti artırmaq istəmirik. Ona görə ki, əhali iqtisadi baxımdan ağır vəziyyətdədir. Bir tərəfdən də çörəyin keyfiyyəti yaxşılaşmalıdır. Biz məsələnin hər tərəfini düşünüb qərar verməliyik. Hesab eliyirəm ki, qiyməti artırmadan çörəyin keyfiyyətinin yaxşılaşmasını gözləmək düzgün deyil.”- deyə vali müavini vurğulayıb.

 

Qeyd edək ki, çörəyin keyfiyyətində un amili ilə yanaşı,  onun necə bişirilməsi, istifadə olunan maya, avadanlıq və digər amillər də rol oynayır. Şebhəsiz ki, çörəkxanalara dövlət tərəfindən nəzarət olunmasa, bütün hallarda çörəyin keyfiyyətinin yaxşılaşması mümkün olmayacaq.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN