“Qəzvin Əyalətində narkotik maddələri 72 nəfərin ölümünə səbəb olub”

“Qəzvin Əyalətində narkotik maddələri 72 nəfərin ölümünə səbəb olub”

GünAz TV: İran və Güney Azərbaycanda narkotik maddələrə aludəçilər və bu bəladan ölənlərin sayı gün keçdikcə artır.

 

Qəzvin Əyaləti Tibb Universitetinin rəisi təmsil etdiyi əyalətdə narkotik maddələrdən ölənlərin sayı barədə mətbuata məlumat verib.

 

“Ötən il (İranda yeni təqvim ili martın 21-dən başlayır) Qəzvin Əyalətində 72 nəfər narkotik maddələrindən ölüb. Onlardan 65-ı kişi, 7-i isə qadın olub. Bu rəqəm bir il ondan əvvəl 69 nəfərdən ibarət olub.”- deyə Mənuçehr Mehram bildirib.

 

Onun sözlərinə görə, ötən il narkomanların müalicə olunduğu mərkəzlərə 417 dəfə baxış keçirilib.

 

M.Mehram qeyd edib ki, Qəzvin Əyalətində narkotik aludəçilərinin 11 müalicə mərkəzi var, onlardan 2-i istisna olmaqla qalanı qeyri-hökumət təşkilatlarınındır.

 

Universitet rəisi məktəblilərin də narkotik aludəçisinə çevrilməsindən bəhs edib. “Narkotik maddələrinin şagirdlər arasında yayılmasından nigaranıq. Ümid edirəm ki, Təhsil Şöbəsi ilə digər orqanların əməkdaşlığı nəticəsində bu barədə dəqiq raport əldə edib, lazımi tədbirlər görmək mümkün olacaq.”- deyə M.Mehram əlavə edib.

 

İran və Güney Azərbaycanda ciddi ictimai bəlaya çevrilən narkomaniya (mötadlıq) gün keçdikcə daha da genişlənir. Rejim isə ekspertlərin bütün xəbərdarlıqlarına rəğmən, bu istiqamətdə bəzi qaçaqmalçıları cəzalandırmaqdan başqa heç bir tədbir almır! Ölkədə narkotik maddələri yayan böyük mafiyalar getdikcə güclənir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN