Qəzvində “Azərin Nam” zavodunun fəhlələri işsiz qalıb

Qəzvində “Azərin Nam” zavodunun fəhlələri işsiz qalıb

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərində yerləşən “Azərin Nam” zavodunun işçiləri maliyyə sıxıntıları ilə əlaqədar şirkətin bağlandığı, bu səbəbdən zavodda çalışan 60 fəhlənin işsiz qaldığını bildiriblər.

 

“İlna” xəbər agentliyinin yaydığı məlumata əsasən, zavod elektrik enerjisinin İşıq İdarəsi tərəfindən iyulun 7-də kəsildiyi üçün fəaliyyətini davam etdirə bilmir. 

 

Metal Tökmə “Azərin Nam” Zavodu maliyyə sıxıntılarından dolayı İşıq İdarəsinə olan borcunu ödəyə bilmədiyi üçün belə bir problemlə üzləşib.

 

Fəhlələrin dediyinə görə, bu günə qədər ən azı 10 dəfə zavodda elektrik enerjisi kəsilib, problem yaxın günlərdə aradan qaldırılmasa zavodun kürələrinə ağır ziyan dəyəcək.

 

Şirkətin icraçı direktoru Həmidrza Məleki isə zavodun problemlərinin sadəcə elektrik enerjisindən ibarət olmadığını bildirib.

“Bu zavod İranda hökm sürən ağır iqtisadi vəziyyətlə bağlı maliyyə böhranı ilə üzləşib. Buna baxmayaraq İşıq İdarəsinə olan borcumuzu 190 milyondan 110 milyon tümənə qədər endirə bilmişik.

Məsələ təkcə elektrik enerjisindən ibarət deyil. Şirkətin ciddi likvidlik problemi var.

Zavodun elektrik enerjisi toplanan borca görə kəsilib, ona görə də fəhlələr işsiz qalıb. Problemi aradan qaldırmaq üçün Valilik və İşıq İdarəsinə müraciət olunub.”- deyə şirkətin icraçı direktoru bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN