Qəzvində bu müəssisənin işçiləri etiraz yığıncağı keçirib

Qəzvində bu müəssisənin işçiləri etiraz yığıncağı keçirib

GünAz TV: Ödənişlərin elektron formada həyata keçirilməsinə başlanıldıqdan sonra Qəzvin Əyaləti Rüsum Ödənişləri Müəssisəsinin işçiləri iş yerlərini itirib.

 

Təxminən fəaliyyəti dayanmış müəssisənin bir qrup işçisi Qəzvin Valiliyinin binası qarşısına toplaşaraq üzləşdikləri problemin həll olunmasını tələb ediblər.

 

Məlumata görə, Qəzvin Əyaləti Rüsum Ödənişləri Müəssisəsində 135 işçi çalışıb, onlar ötən Novruz Bayramı günlərindən ödənişlərin elektron formada həyata keçirilməsi ilə işlərini itirib.

 

Bundan əvvəl sözügedən işçilərin başqa işlə təmin olunacağı barədə vəd verilib, lakin işçilər verilən vədin yerinə yetirilmədiyini bildirir.

 

Etiraz yığıncağı keçirən işçilərin ən azı 15 il, bəzilərinin isə 20 ildən çox iş stajı var. Müəssisənin fəaliyyətinin dayanması onların təqaüdə çıxmalarını da problemlə üzləşdirib. İşçilər yaranan problemi aradan qaldırmaq üçün səlahiyyətli orqanları tədbir almağa çağırıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN