Qəzvində sənaye müəssisəsi fəaliyyətini dayandırdı, işçiləri etiraz aksiyası keçirdi

Qəzvində sənaye müəssisəsi fəaliyyətini dayandırdı, işçiləri etiraz aksiyası keçirdi

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərinin “İran Toz Metalurjisi” Zavodu fəaliyyətini dayandırıb, zavodun 150 fəhləsi işsiz qalıb.

 

Dəmir tozu və müxtəlif ehtiyat hissələrinin istehsalı ilə məşğul olan zavod Qəzvinin Əlborz Sənaye Şəhərciyində yerləşir, zavod aprelin 11-dən maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırdığını açıqlayıb.

 

Bunun nəticəsində zavodda işləyən 150 işçi iş yerini itirib. Onlara işsizlik sığortasından yararlanmaq üçün lazımi işlərin görülməsi tapşırılıb.

 

“Bu gün iş yerinin girişində bağlı qapı ilə qarşılaşdıq. Qapının üstündə “Şirkət növbəti xəbərdarlığa qədər tətildir” və “Fəhlələr iş yerinə daxil ola bilməz” sözləri yazılmışdır”- deyə şirkət işçiləri bildirib.

 

Bundan sonra işçilər Qəzvin Valiliyinin binası qarşısına toplaşaraq bu vəziyyətə aydınlıq gətirilməsini istəyiblər. “Son illərdə zavodda istehsal işlərində ciddi problemlər müşahidə olunub. İşçilərin əmək haqqı isə davamlı olaraq gecikdirilib. İşini itirən fəhlələr 4 aydır ki, maaş ala bilmir. Bütün bunlar öz həllini tapmalıdır”- deyə etirazçılar bildirib.

 

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın müxtəlif bölgələrində sənaye və istehsal müəssisələrinin bağlanması, işçilərin ixtisar edilməsi və onların əmək haqlarının ödənilməməsi faktlarına tez-tez rast gəlinir. İqtisadi vəziyyətin ildən ilə tənəzzülü nəticəsində çoxlu soydaşımız iş tapmaq məqsədilə İranın fars əyalətlərinə köçür. Bu isə Azərbaycanda demoqrafik vəziyyətin dəyişməsinə gətirib çıxarır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN