Qəzvində xeyriyyəçilər tərəfindən tikilən məktəbin açılışı olub

Qəzvində xeyriyyəçilər tərəfindən tikilən məktəbin açılışı olub

GünAz TV: Bundan əvvəl Güney Azərbaycanın bütün bölgələrində dərs otaqlarının çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olduğu barədə dəfələrlə xəbər yayılıb.

 

Problem bəzi məntəqələrində müəyyən qədər həllini tapıb. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən yeni məktəblərin sayəsində mümkün olub.

 

Son məlumata görə, Qəzvin Əyalətində yerləşən Avəc şəhərinin Azənbar kəndində iki xeyriyyəçi soydaşımız kənd uşaqlarının təhsil problemini aradan qaldırmaq üçün önəmli addım atıb. Məlumata görə, bu gün açılış mərasimi keçirilən məktəb Əziz Sədri və Şirinəli Şəbaninin şəxsi vəsaiti hesabına tikilib.

 

Xeyriyyəçi soydaşlarımız məktəbin inşası üçün 5 milyard rialdan çox vəsait xərcləyib.

 

Ümumi sahəsi 340 kvadratmetr olan məktəbin 8 dərs otağı var, məktəb artıq kənd əhalisinin istifadəsinə verilib.

 

Son illərdə Güney Azərbaycan əyalətlərində təhsil ocaqlarının təmiri və yeni məktəblərin tikilməsi kimi əsas məsələlər demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək bu sahədə dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN