Qoşaçay şəhərinin girişində böyük lövhədə yazıldı: “Yaşasın Abbas bəy Lisani” - VİDEO

Qoşaçay şəhərinin girişində böyük lövhədə yazıldı: “Yaşasın Abbas bəy Lisani” - VİDEO

GünAz TV: Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin azadlığını tələb edənlərin sayı gün keçdikcə artır.

 

Bir çox şəhərdə divarlara tanınmış fəalın saxlanmasını pisləyən şüarlar yazıldığı kimi, Qoşaçay şəhərində də oxşar şüarlara rast gəlinir.

 

Aşağıdakı video-materialda göründüyü kimi, Qoşaçayın girişində böyük bir lövhəyə “Yaşasın Abbas bəy Lisani” sözü yazılıb. Fəala dəstək verən şüar iyunun 6-da yerli güney azərbaycanlı milli fəallar tərəfindən yazılıb.

 

https://www.youtube.com/watch?time_continue=16&v=Sjfaia5LXFI 

 

Yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

 

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb. O bu gün aclıq aksiyasının 13-cü günündədir.

 

İnsan haqları qurumları və azərbaycanlı fəallar inanır ki, Abbas Lisaninin son saxlanması ona qarşı gizli ssenarinin qurulduğu və bu istiqamətdə dosye təşkil olunduğundan xəbər verir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN