Quzey azərbaycanlı idmançı Urmiyada ermənini məğlub edərək qızıl medal qazanıb

Quzey azərbaycanlı idmançı Urmiyada ermənini məğlub edərək qızıl medal qazanıb

GünAz TV: Qezey Azərbaycan karateçiləri Güney Azərbaycanın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.


Belə ki, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızıl medala sahib olub.


Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.


Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirov həmçinin İran Karate Federasiyasının prezidenti Həsən Təbətəbaiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.


20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.


Mənbə: Baku.ws


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN