“Radio Farda” və bir sıra farsdilli mətbuat orqanlarının GünAz TV-yə qarşı növbəti düşmənçiliyi... – GÖRÜNTÜ

“Radio Farda” və bir sıra farsdilli mətbuat orqanlarının GünAz TV-yə qarşı növbəti düşmənçiliyi... – GÖRÜNTÜ

GünAz TV: “Radio Farda” agentliyi və bir sıra farsdilli mətbuat orqanları Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun müəmmalı ölüm xəbərini GünAz TV-dən əldə edərək saytlarında Güney Azərbaycan Televiziyasını “Azərbaycan Respublikasının dövlət televiziyası” kimi təqdim ediblər.

 

Onlar bununla Azərbatcan türk milləti və onun milli meyarlarına nifrətlərinə bir daha brüzə verib.

 

“Radio Farda” agentliyi Güney Azərbaycan ifadəsini işlətməsin deyə GünAz TV-nin rəsmi adını “Azərbaycan Respublikasının Televiziyası” kimi yazıb. Agentlik televiziyanın saytından kopyaladığı xəbərin mənbəyini də yanlış göstərib. Xəbərin mənbəyi GünAz TV-nin saytı deyil, Təbrizin keçmiş millət vəkili Əkbər Ələminin Teleqram kanalı göstərilib. Halbuki, keçmiş millət vəkili də xəbəri GünAz TV-nin saytından götürüb.

 

Bu təhrif və Azərbaycan türk millətinə qarşı qərəzli mövqe “Radio Farda” agentliyi ilə yanaşı “İran wire”, “İran khabar”, “Gooya” və s. kimi kütləvi informasiya vasitələrində də təkrar olunub.

 

GünAz TV təxminən 15 illik fəaliyyət müddətində başda Güney Azərbaycan olmaqla İranda yaşayan qeyri-fars millətlərin səsi kimi çalışıb. Bu televiziya hər zaman müstəqil şəkildə fəaliyyət göstərib, Azərbaycan dövləti də daxil olmaqla heç bir dövlətə bağlı olmayıb və deyil. Bunu Azərbaycan düşmənləri də bilir, lakin qərəzli şəkildə televiziyanın adı və missiyasını təhrif etməyə çalışırlar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN