“Real Madrid"in keçmiş baş məşqçisi “Traxtur”da

“Real Madrid

GünAz TV: “Real Madrid” komandasının keçmiş baş məşqçisi, 69 yaşlı Con Toşak Təbrizin “Traxtur” komandasını çalışdıracaq.

 

Məlumata görə, uelsli məşhur mütəxəssislə “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi və onun nümayəndəsi Huşəng Nəsirzadə arasında aparılan müzakirələrdən sonra razılıq əldə olunub.

 

Klubla məşhur baş məşqçi arasında 3 illik müqavilə imzalandığı qeyd olunur.

 

Uelsli baş məşçinin “Traxtur”a cəlb olunmasını komanda üçün super transfer adlandırmaq olar.

 

Bu məşqçinin təkcə Madrid “Real”ı kimi komandanı müxtəlif vaxtlarda iki dəfə çalışdırması bu anlaşmanın nə qədər önəmli olduğunu göstərir.

 

C.Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində doğulub. Futbolçu kimi “Kardiff Siti” (Uels), “Liverpul” (İngiltərə) və “Suonsi Siti”də (Uels) oynayıb. 1969-80-ci illərdə Uels millisində də çıxış edən hücumçu Toşak 63 oyuna 25 qol vurub.

 

1978-ci ildə məşqçilik karyerasına başlayıb. Həmin ildən 1984-cü ilə qədər “Suonsi Siti”də məşqçi işləyib. 1984-cü ildə Portuqaliya “Sportinq”inə baş məşqçi təyin edilib. Onun baş məşqçi kimi faəliyyət göstərdiyi bəzi klublar və milli komandaların siyahısı bundan ibarətdir:

1984-1985.  “Sportinq” (Portuqaliya)

1985-1989.  “Real” (Sosyedad, İspaniya)

1989-1990.  “Real” (Madrid, İspaniya)

1990-1994.  “Real” (Sosyedad)

1994.  Uels millisi

1995-1997.  “Deportivo” (İspaniya)

1997-1999.  “Beşiktaş” (Türkiyə)

1999.  “Real” (Madrid)

2000-2001.  “Sent-Etyen” (Fransa)

2001-2002.  “Real” (Sosyedad)

2002-2003.  “Kataniya” (İtaliya)

2004.  “Real” (Mursiya, İspaniya)

2004-2010.  Uels millisi

2011-2012.  Makedoniya millisi

2013-cü il. Xəzər-Lənkəran

 

Qeyd edək ki, 69 yaşlı Toşak baş məşqçi kimi Sosyedad “Real”ına İspaniya kubokunu (1986/87), Madrid “Real”ına ölkə çempionluğunu (1989/90) qazandırıb. La-Karunya “Deportivo”sunda işlədiyi dövrdə bu komanda 1995-ci ildə İspaniya superkubokuna sahib çıxıb. Türkiyədə isə Toşak “Beşiktaş”la (1997/98) ölkə kubokunun qazanmağa nail olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN