Rəştdə “Traxtur” tərəfdarları polis əməkdaşlarının hücumuna məruz qalıb, saxlanılan var – VİDEO

Rəştdə “Traxtur” tərəfdarları polis əməkdaşlarının hücumuna məruz qalıb, saxlanılan var – VİDEO

GünAz TV: Cümə günü Rəştin “Sərdar cəngəl” stadionunda bu şəhərin “Sepid rud” klubu Təbrizin “Traxtur” komandasını qəbul edib. Oyun başlamadan əvvəl “Traxtur” tərəfdarlarına polis tərəfindən güc tətbiq edilib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 25-ci həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 17:00-da baş tutub, oyun 3:1 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

Məlumata görə, polis əməkdaşları stadiona türkcə şüarlar yazılmış parça aparmaq istəyən “Traxtur” tərəfdarlarını stadiona buraxmayıb. Bundan sonra israrla oyunu izləmək istədiklərini bildirən azərbaycanlı gənclər polis əməkdaşlarının hücumuna məruz qalıb. Onlardan bir neçəsi döyülüb, biri isə polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Döyülərək saxlanılan “Traxtur” tərəfdarının Meşginşəhr (Xiyav) sakini, adının isə Əli Əhmədzadə olduğu bildirilir.

 

https://www.youtube.com/watch?time_continue=2&v=2tlQu_WBTrw

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN