Ruhulla Həzrətpur: Biz terrorizmə qarşı mübarizə aparan hər bir ölkəni dəstəkləyirik

Ruhulla Həzrətpur: Biz terrorizmə qarşı mübarizə aparan hər bir ölkəni dəstəkləyirik

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək verib.

 

O bu barədə Yük Maşını Sahibləri Dərnəyinə mənsub üzvvlərin qarşısında çıxışı zamanı danışıb.

 

“Biz Dünyanın istənilən nöqtəsində hərhansı ölkə terrorizmə qarşı həqiqi mübarizə apararsa, ona dəstək veririk. Bəzi cənablar bir neçə gündür parlamentdə yaxasını cırır! Siz bu günə qədər neçə dəfə İran sərhədlərində verdiyimiz şəhidlərlə bağlı bəyanat verib və ya çıxış edibsiniz?! Mən 6 aylıq olduğum zaman atam elə bu terrorçular tərəfindən şəhid edilib, onun pak cəsədi parça-parça edilmişdir. Ona görə də mənim üçün terrorçunun tərifi çox aydındır.”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili sözlərinin sonunda vurğulayıb ki, bəzilərinin davranışları bir neçə gündür ki, şəhid ailələrinin ürəyini ağrıdır.

 

Budan əvvəl Culfa və Mərənd, həmçinin Urmiyanın millət vəkilləri Tükiyənin apardığı antiterror əməliyyatına dəstək veriblər. Məhəmməd Həsənnəjad və Nadir Qazipur Suriyanın şimalındakı kürd terror qruplaşmalarının fəaliyyətini məhkum etmişdilər.

 

İran parlamentinin “Sepah”a yaxın olan deputatları isə oktyabrın 14-də “Barış pınarı” əməliyyatını pisləyən bəyanat yaymışdır. Parlamentin bir qrup deputatı isə Suriyanın şimalındakı terrorçulara dəstək məqsədi ilə açıq məktub yazmışdır. Məktub hökumətə sıx bağlı olan bir neçə sözdə azərbaycanlı millət vəkili tərəfindən də imzalanmışdır.

 

Sosial şəbəkələrdə də oxşar vəziyyət yaşanır. Bir tərəfdən güney azərbaycanlılar, o cümlədən “Traxtur” futbol komandasının tərəfdarları Türkiyəyə dəstək nümayiş etdirir, digər tərəfdən fars şovinistləri və kürd terror qruplaşmalarının tərəfdarları Türkiyəyə qarşı qarayaxma kampaniyası aparır. Onlar bu məqsədlə hətta 1983-cü ildə Ərzurumda zəlzəl nəticəsində əmələ gələn dağıntıların görüntüsü və serial səhnələrindən belə istifadə edir.

 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN