Ruhulla Həzrətpur dərsliklərdə Azərbaycan kimliyinin təhrif edilməsinə etiraz edib

Ruhulla Həzrətpur dərsliklərdə Azərbaycan kimliyinin təhrif edilməsinə etiraz edib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur məktəblərin dərsliyində Qərbi Azərbaycan Əyaləti əhalisinin kimliyinin təhrif edilməsinə etiraz edərək ölkənin Təhsil nazirinə məktub ünvanlayıb.


Doktor Məhəmməd Bəthaiyə ünvanlanan məktubda yol verilən təhrifin aradan qaldırılması tələb olunub.


“Psixoloq, sosioloq və s. kimi mütəxəssislərin olduğu bir güclü təşkilatda ki, hər şeyi kontrol etmək mümkündür, dərsliklərin məzmunu hazırlanır. Lakin görünür ki, həmin təşkilat İran əhalisinin coğrafiyası haqda yetəri qədər məlumata malik deyil. Ona görə də milli kimliyin gücləndirilməsi üçün müxtəlif dəyərlərin iştirakı və onların qarşılıqlı əlaqəsi prinsipi nəzərə alınmayıb, bu istiqamətdə ciddi yanlışlığa yol verilib. Əslində Qərbi Azərbaycan əhalisinin geyiminin xəritədə əks olunmaması açıq-aşkar və bağışlanmaz bir təhrifdir və aradan qaldırılmalıdır”- deyə məktubun bir hissəsində qeyd olunub.


Millət vəkili nazirə ünvanladığı məktubda, xəritədə mərkəzi Sənəndəc şəhəri olan Kürdistan əyaləti əhalisinin kürd geyiminin əks olunmamasını da tənqid edib.


Qeyd edək ki, İranın Təhsil Nazirliyi məktəb dərsliklərində dərc etdiyi İran xəritəsində terror qruplaşmalarının Qərbi Azərbaycanın kürdləşdirilməsi planına uyğun olaraq bölgəni Kürdistan kimi təqdim edib.


Aşağıdakı şəkildə göründüyü kimi, İran xəritəsi üzərində hər bölgənin öz milli geyimi göstərilib. Lakin Qərbi Azərbaycan Əyalətinin yerləşdiyi yerdə Azərbaycanın milli geyimi deyil, kürd geyimi əks olunub. Kirmanşah və Kürdistan kimi əyalətlərin milli geyimləri ümumiyyətlə göstərilməyib.

 


Azərbaycanın əzəli torpaqlarını məktəblilərə bu şəkildə təqdim etmək çübhəsiz ki, çox təhlükəli məqsədlərə hesablanıb.


Rəsmi orqanlar bu kimi hərəkətləri ilə terror qruplaşmaları və radikal kürdlərin Azərbaycana qarşı gülünc ərazi iddialarına tarixi və hüquqi əsas yaratmağa çalışır. Onlar həmçinin müxtəlif vasitələrdən istifadə edərək bölgə əhalisini məntəqənin vaxtı ilə Kürdistan olduğuna inandırmağa cəhd edirlər. Bu inam Azərbaycan gənclərinə fərqli şəkildə təsir etsə də, radikal kürd qruplaşmalarını daha çox cinayət törətməyə sövq edir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN