Rza Şikari “Traxtur” klubuna transfer edildi

Rza Şikari “Traxtur” klubuna transfer edildi

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubuna daha bir güclü oyunçu cəlb olunub.

 

Məlumata görə, ötən mövsümdə Kazanın “Rubin” komandasında hücumçu kimi oynayan Rza Şikari Qızılqaya rəsmi müqavilə əsasında “Traxtur”a transfer edilib.

 

Şərqi Azərbaycanın Sarab şəhərindən olan futbolçunun Tehranın “Perspolis” klubuna transfer ediləcəyi gözlənilirdi. Lakin oyunçu klubla apardığı ilkin müzakirələrə baxmayaraq sonda “Traxtur” komandasına  qoşulmağı tərcih edib.

 

Azərbaycan klubunun icraçı direktoru Qulamrza Sadiqiyan komandaya yeni transferlə bağlı bildirib ki, bundan əvvəl “Traxtur”la Kazanın “Rubin” klubu qardaşlaşıb, tərəflər bir-biri ilə əməkdaşlıq edir. Ona görə də biz Rza Şikari ilə yekun razılığa gəlib və 3 illik müqavilə imzalaya bildik.

 

“Traxtur”un baş məşçi Mustafa Dənizli isə son günlərdə komandasına 3 oyunçunun əlavə olduğunu diqqətə çatdırıb. O bildirib ki, Rza Şikaridən sonra biri hücumçu olmaqla iki oyunçu da komandaya cəlb olunacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN