Sadiq İsabəyli: “Nüvə sazişindən sonra İrandakı etiraz səsləri daha az eşidilirdi” – Müsahibə / AUDİO

2018-06-28 08:40

GünAz TV: Sadiq İsabəylinin dediyinə görə, 2015-ci ildə İran və Qərb ölkələri arasında əldə edilən nüvə sazişindən sonrakı dövrdə İranda baş qaldıran siyasi etirazlar və insan haqları pozuntularının qərbdə işıqlandırılmasında azalma olmuşdu.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının idarə heyətinin üzvü “Amerikanın Səsi” ilə söhbətdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran nüvə sazişindən çıxmasından sonra başlanan yeni dövrdə bu durumun dəyişməyə başladığını ifadə edir.

 

“Mən xatırlayıram ki, Finlandiyanın prezidenti bir neçə iş adamı ilə Tehrana səfər etdi və görüşlər keçirdi. Buranın mətbuatında da bu sözlər gedirdi ki, İranda yeni bazarlar meydana gələcək və təbii ki, Finlandiyanın şirkətləri də o bazarlardan paylarına almalıdırlar,” Sadiq İsabəyli söyləyir.

 

Onun sözlərinə görə, “nüvə sazişindən sonra İranda müxtəlif etnik cəmiyyətlər və siyasi qruplarım etirazları lazımi qədər dünya mətbuatında, siyasi mərkəzlərdə və ya insan haqları mərkəzlərində, o şəkildə ki, bir zamanlar eşidilirdi, eşidilmədi.”

 

İsabəyli deyir ki, “həmin dövrdə ümumiyyətlə İranda yaşayan vətəndaşların və xüsusilə qeyri-fars millətlərin məsələləri, tələbləri və problemləri gündəmə gətirilmədi.”

 

O, prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxma qərarından sonra yeni bir dövrün başlandığını təsdiq edir.

 

“Bu yeni dövrün başlanması orada yaşayan qeyri-fars millətlər və ümumiliklə vətəndaşlara yeni şərait yaradır,” deyə GAMAC-ın üzvü önə çəkir.

 

Sadıq İsabəylinin fikrincə, xaricdə fəaliyyət göstərən Azərbaycan Milli Hərəkatına mənsub təşkilatlar bu yeni şəraiti yaxşı şəkildə dəyərləndirmək üçün “yersiz və əsasız ixtilafların qaldırılması istiqamətində cəhd göstərməlidirlər.”

 

O, ixtilafların aradan qaldırılmasının, o cümlədən lobbiçilik fəaliyyətləri önündəki maneələrin də ortadan qaldırılmasına yol veriləcəyini ifadə edir.

 

“Güney Azərbaycanda olan gənclər və təcrübəli fəallar artıq bu hissi və bu güvəni öz içlərində yaşaya bilməlidir ki, xaricdəki təşkilatlar kiçik ixtilaflarla deyil, vahid və ortaq mövzular əsasında bir araya gələ bilir və bu prosesləri birlikdə planlı şəkildə yürüdə bilirlər,” Sadiq İsabəyli əlavə edir.

 

Audionu dinləmək üçün qaynağımız olan bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10