Salar Taha Əfşar Urmiyə Azad Universitetindən uzaqlaşdırılmaq üzrədir

Salar Taha Əfşar Urmiyə Azad Universitetindən uzaqlaşdırılmaq üzrədir

GünAz TV: Azərbaycanlı fəal Salar Taha Əfşar mədəni fəaliyyətinə görə Urmiyə Azad Universitetindən uzaqlaşdırıla bilər.

 

Mədəni fəal Azərbaycanın böyük mütəfəkkir alimi mərhum Prof. Məhəmmədtağı Zehtabi haqda anım mərasimi keçirdiyi üçün belə bir problemlə üzləşib.

 

Məlumata görə, Salar Taha Əfşar bir müddət əvvəl böyük alimin vəfatının ildönümü ərəfəsində onunla bağlı anım mərasimi təşkil edib və Urmiyənin Səma Universitetində halva paylayıb. O bundan sonra bir neçə dəfə universitetin təhlükəsizlik bölümünə (Hərasət) çağırılıb, bu barədə Səs Faylı da mövcuddur.

 

Azərbaycanlı fəal bir neçə dəfə çağırış və təhdiddən sonra fevralın 24-də telefon vasitəsi ilə “İnzibati Komitəyə” çağırılıb. Öyrənciyə bildirilib ki, bu, özünü müdafiə etmək üçün son şansdır.

 

Universitet məsulları dəfələrlə öyrəncini aili təhsil müəssisəsindən uzaqlaşdırmaqla təhdid edib, onu davamlı olaraq təzyiq altında saxlayıblar. Məlumata görə, fəaldan fəaliyyəti barədə yazılı raport verməsi tələb olunub. Lakin fəal onların istədiyi kimi, özü və digər öyrənci fəalların əleyhinə heç bir mətn yazmayıb. Bu səbəbdən onun dosyesinin “Öyrəncilərin Qərar Konseyi və Komissiya”ya göndərildiyi bildirilir.

 

Deyilənlərə görə, komissiya artıq azərbaycanlı öyrəncinin universitetdən çıxarılması barədə qərar verib.

 

Xatırladaq ki, Salar Taha Əfşar 2018-ci ilin iyul ayında Azərbaycanın tarixi milli qəhrəmanı Babək Xürrəmdinin doğum gününün ildönümündə şokolad payladığı üçün də təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN