Sayınqalada Qaraqoyunlu kəndinin adı bilərəkdən yanlış yazılıb: “Qaraqunilu”

Sayınqalada Qaraqoyunlu kəndinin adı bilərəkdən yanlış yazılıb: “Qaraqunilu”

GünAz TV: İran rejiminin qeyri-fars millətlər, xüsusi ilə də Azərbaycan türklərinə qarşı həyata keçirdiyi asimilasyon siyasəti müxtəlif formalarda davam edir.

 

Rejim Azərbaycan türklərinə milli kimliyi və tarixini unutdurmaq üçün coğrafi adları dəyişdirmək kimi müxtəlif üsullardan istifadə edir. Bu adlar rəsmi orqanlar tərəfindən əksər halda təhrif edilir, bəzi hallarda isə yanlış yazıldığı iddia olunur. Bütün hallarda adların türkcədən farcaya çevrilməsi və bölgənin tarixinin farslaşdırılması faktı inkar edilməzdir.

 

Məlumata görə, Güney Azərbaycanın qərb bölgəsində yerləşən kəndlərdən birində yeni təhrif faktına rast gəlinib. Belə ki, kəndə giriş lövhəsində Sayınqala şəhərinə bağlı olan Qaraqoyunlu kəndinin adı olduğu kimi deyil, “Qaraqunilu” şəkilində yazılıb. Güney Azərbaycanda belə faktlara tez-tez rast gəlindiyi üçün bunu adi bir yanlışlıq hesab etmək sadəlövhlük olardı. Elə Təbriz ətrafında yerləşən “Axmaqaya” və “Sarıqaya” kəndlərinin “Əhməqiyyə” və “Sareqiyyə” kimi yazılması da eyni siyasətdən irəli gəlir.

 

Məlumata görə, azərbaycanlı fəallardan biri Qaraqoyunlu kəndinin adı ilə bağlı səlahiyyətli orqanlara müraciət edib, ona adın yanlış yazıldığı və yaxın gələcəkdə düzəliş ediləcəyi bildirilib. Düzəlişin olub-olmayacağına qarşıdakı günlərdə şahid olacayıq.

 

“Görəsən yerli türk toponimlərinin adının yanlış yazılması, onların tarixi və mədəniyyətinə qarşı qəsdən vəya səhvən aparılan mübarizə nə zamanadək davam edəcək?! Qafillik haraya qədər gedəcək? İndi də Qaraqoyunlu kəndinin qeyri-məşru fars şovinizmi təfəkkürünə qurban getmək vaxtı çatıb”- deyə Sulduzda yaşayan azərbaycanlı yazıçı Şayan Huşyar “Qaraqoyunlu”nun “Qaraquniyyə” şəkilində yazılmasına münasibət bildirərkən qeyd edib.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN