Səhənd yüksəkliklərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd olunub – GÖRÜNTÜ

Səhənd yüksəkliklərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd olunub – GÖRÜNTÜ

GünAz TV: Güney azərbaycanlı bir qrup alpinist (dağçı) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd etmək məqsədi ilə səhənd yüksəkliklərinə çıxıb.

 

Alpinistlər bunun üçün 3750 metr hündürlükdə yerləşən “Qoç gölü” zirvəsinə çıxıb, orada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü əks etdirən plakat qaldırıb və cümhuriyyətin qurucularının xatirəsini böyük ehtiramla yad ediblər.

 

Azərbaycanlı alpinistlər ötən günlərdə səhənd yüksəkliklərinə çıxaraq belə bir mərasim keçiriblər.

 

Dəniz səviyyəsindən 3750 metr hündürlükdə yerləşən “Qoş gölü” zirvəsi səhənd silsilə dağlarının ən hündür zirvəsidir, bura alpinistlər arasında “Qoç dağı” adlanır.

 

Millətimizin şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Artıq bu tarixdən 100 il keçir. Hər il Azərbaycan türk milləti bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək millətimizin müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi, millətimizin milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN