Şəhər Şurasının kürddilli üzvü iclasda türkcə çıxış edildiyinə görə qalmaqal yaradıb – Urmiyədə / VİDEO

Şəhər Şurasının kürddilli üzvü iclasda türkcə çıxış edildiyinə görə qalmaqal yaradıb – Urmiyədə / VİDEO

GünAz TV: Urmiyə Şəhər Şurasının kürddilli üzvü Məhəmməd Xalid Hatəmi şəhərin bələdiyyə başçısı türkcə çıxış etdiyi üçün iclasda qalmaqal yaradıb.

 

Hadisə avqustun 11-də Urmiyə Bələdiyyə İdarəsinin Jurnalistlər Günü ilə əlaqədar keçirdiyi iclasda baş verib.

 

Məlumata görə, tədbirdə bələdiyyə başçısı Məhəmməd Həzrətpur və Şəhər Şurasının rəisi İmamzadə Əlizadə məruzə ilə çıxış ediblər. Onların türkcə çıxış etməsi radikal kürdçü mövqeyi ilə tanınan Məhəmməd Xalid Hatəminin etirazına səbəb olub.

 

Məhəmməd Həzrətpur Şura üzvünün farsca çıxış etməsini istəməsinə rəğmən çıxışını türk dilində davam etdirib. Bundan sonra Məhəmməd Xalid Hatəmi etiraz əlaməti olaraq iclası tərk edib. Salona yenidən qayıdan Şura üzvü iclasda bir neçə dəqiqə gərginlik yaradıb.

 

Bələdiyyə başçısı Məhəmməd Xalid Hatəminin propoqandasına reaksiya verərək qeyd edib ki, “farsca çıxış etmək, bütün cümlələri bu dilə tərcümə etmək mənim üçün çətindir”. Onun bu cavabı tədbir iştirakçıları tərəfindən alqışlanıb.

 

https://www.youtube.com/watch?time_continue=7&v=NR5KTtAXFn4

 

Uzun illərdir ki, kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsinə göz tikib. Bu ideya İran rejimi və bir çox radikal kürdlər tərəfindən də dəstəklənir. Rejim bölgədə həyata keçirilən kürdləşdirmə prosesinə müxtəlif yollarla dəstək verir. Radikal kürdlərin həssas hökumət postlarına gətirilməsi, kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və lazım gəldikdə qruplaşmaların terror aktı törətməsi kürdləşdirmə prosesinə təkan verən amillər sırasındadır. Şübhəsiz ki, Qərbi Azərbaycan Əyalətinin demoqrafik tərkibini dəyişdirməyi planlaşdıran qüvvələr bölgədə türk dili, Azərbaycan mədəniyyəti və ona aid olan proqramları məhdudlaşdırmağa çalışır.

 

May ayında Urmiyə Şəhər Şurasının 4 kürd üzvü Gül festivalında Azərbaycan rəqsi nümayiş etdirildiyi üçün iclası tərk etmişdir.

İyul ayının son günlərində isə Təcili Tibbi Yardım Mərkəzinin kürddilli işçisi azərbacanlı xəstəni türkcə danışdığına görə ambulansından endirib, onu xəstəxanaya aparmaqdan imtina etmişdir.

Oxşar faktlara Qərbi Azərbaycan Əyalətinin müxtəlif şəhərlərində dəfələrlə rast gəlinib.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN