Sel bölgəsinə edilən yardıma görə “Türkmən səhra”dan Güney Azərbaycana təşəkkür mesajı...

Sel bölgəsinə edilən yardıma görə “Türkmən səhra”dan Güney Azərbaycana təşəkkür mesajı...

GünAz TV: “Türkmən səhra” türkləri ötən Novruz bayramı günlərində baş verən sel fəlakətindən zərərçəkənlərə edilən yardıma görə Güney Azərbaycan əhalisinə növbəti dəfə təşəkkür ediblər.

 

“Qonbəd Kavus” “Şəhrdari” klubunun məsulları Urmiya “Şəhrdari” voleybol komandasınını “xoş gəldiniz” sözləri ilə qarşılayaraq qonaq komandanın məşqini izləyib, dağıdıcı sel baş verdiyi zaman təbii fəlakətdən zərərçəkənlərə edilən yardıma görə Azərbaycan əhalisinə öz təşəkkürlərini bildiriblər.

 

Klub məsulları Azərbaycan komandasının üzvləri ilə görüşdə əllərində “Azərbaycan əhalisindən Gülüstan Əyalətinin selə məruz qalmış əhalisinə etdiyi yardımlara görə təşəkkür edirik” sözləri yazılmış parça da nümayiş etdiriblər.

 

Qeyd edək ki, ötən Novruz bayramı günlərində İran dövləti selə məruz qalan türkmənlərə düzgün yardım etməkdə tərəddüd etdiyi bir vaxtda Azərbaycan türkləri yardım toplama kampaniyası keçirdi. Sel bölgəsinə əhali tərəfindən göndərilən birinci yardım karvanı Ərdəbil şəhərindən olmuşdur.

 

Bundan əlavə, Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və s. şəhərlərindən çox sayda milli-mədəni fəal türkmən bacı və qardaşlarına yardım etmək məqsədi ilə sel bölgəsinə getdilər, azərbaycanlıların təbii fəlakət bölgəsinə yardımı həftələrlə davam etmişdir.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN