Sel nəticəsində yolu bağlanan Qoşaçayın Gözəlli kəndi ilə əlaqəni bərpa etmək mümkün olmayıb

Sel nəticəsində yolu bağlanan Qoşaçayın Gözəlli kəndi ilə əlaqəni bərpa etmək mümkün olmayıb

GünAz TV: Qoşaçayın Barıq məntəqəsində yerləşən Qaradağ Gözəlli kəndinin yolu aprelin 1-dən bağlandıqdan sonra bu kəndlə əlaqələr bərpa olunmayıb.

 

Bu barədə Qoşaçay Qızıl Aypara Cəmiyyətinin rəisi Yaqub İsmailiyan “Gənc Müxbirlər Klubu”nun jurnalistinə açıqlamasında bildirib.

 

“Əcirli (Acurlu) çayının daşması nəticəsində 10 gündür ki, Qaradağ Gözəlli kəndinin yolu bağlanıb. Çayda suyun həcminin çox olması hələlik dağılan körpünün bərpa edilməsinə imkan vermir. Aidiyyatı idarələr sular azalınca yolu yenidən bərpa edəcək.”- deyə o bildirib.

 

Qızıl Aypara Cəmiyyətinin rəisi sözügedən kənddə 18 ailənin yaşadığını, onlara iki həftəlik çörək və digər qida məhsullarının çatdırıldığını da diqqətə çatdırıb.

 

Son həftələrdə aramsız yağan qar və yağışlar və bunun nəticəsində baş verən daşqınlar Güney Azərbaycanın müxtəlif bölgələrində ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində Həmədan əyalətində bir neçə nəfər nəfər həlak olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN