Sel və yağıntılar Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb

Sel və yağıntılar Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb

GünAz TV: Güney Azərbaycanın bir çox məntəqəsində aramsız yağan qar və yağışlar daşqınların baş verməsinə və ciddi fəsadlara səbəb olub.

 

Həştrud Şəhər İcra Hakimiyyətinin başçısı sel nəticəsində bir neçə kəndin su altında qaldığını bildirib.

 

“Həştrud kəndlərinin bir neçəsini su basıb. Sel bölgəsində 4 kəndin yolu bağlanıb və 20-yə yaxın mal-qara tələf olub. Kəndi bürüyən sel “Dağ Sərəskənd” kəndində 9 evə ziyan vurub, onların bəziləri təmami ilə dağılıb.”- deyə o bildirib.

 

Həmədan valisi Səid Şahroxi isə təmsil etdiyi əyalətdə 7 min 17 ev və ticarət obyektinin daşqınlardan ziyan gördüyünü bildirib. Ötən illərdə belə güclü yağışların görünmədiyini deyən vali bölgəyə dəyən ziyanın yaxın gələcəkdə ekspertlər tərəfindən araşdırılaraq elan olunacağını bildirib.

 

Səid Şahroxi

 

Yerli məsulların verdiyi məlumata görə, güclü yağıntılar səbəbindən Həmədan Əyalətində 137-i kəndin işığı kəsilmişdir, onlardan 120-nin işığı bərpa olunub, lakin hələlik 20 kəndin elektrik enerjisini bərpa etmək mümkün olmayıb.

 

Bundan əvvəl verdiyimiz məlumata görə, Həmədanın Məlayer şəhərinin Mişən kəndində 2 nəfər güclü yağıntıların qurbanı olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya aparılıb.

 

Sel və daşqınların baş verdiyi bölgələrdən biri də Qəzvin Əyalətidir. Qəzvin Şəhər İcra Hakimiyyəti bu barədə yaydığı bəyanatda yağıntılar nəticəsində dağ yamacında sürüşmə baş verdiyini və bunun nəticəsində yolun bağlandığını diqqətə çatdırıb. Bildirilib ki, hazırda bir neçə kəndin yolu kəsilib, həmin kəndlərlə gediş-gəliş əlaqəsi yoxdur.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN