Şəms Təbrizi məqbərəsinin YUNESKO tərəfindən qeydiyyata alınması üçün iş aparılır

Şəms Təbrizi məqbərəsinin YUNESKO tərəfindən qeydiyyata alınması üçün iş aparılır

GünAz TV: Dünya şəhrətli azərbaycanlı sufi alim Şəms Təbrizinin Xoydakı türbəsinə nəzarət edən təşkilatın icraçı direktoru məqbərənin YUNESKO tərəfindən qeydiyyata alınması üçün iş aparıldığını deyib.

 

Bu barədə Fəttah Kəbiri “Fars” xəbər agentliyinə danışıb.

“Ötən 4 il müddətində məqbərənin YUNESKO tərəfindən qeydiyyata alınması məqsədi ilə 4 beynəlxalq festival keçirmək kimi bir çox addımlar atılıb. Artıq məqbərənin genişləndirilməsi ilə bağlı qərar qəbul olunub. Yəqin ki, 12-ci hökumət işini başa vuranadək Qərbi Azərbaycan Əyalətindəki layihələrlə bağlı yekun qərar veriləcək, sözügedən məqbərə də həmin layihələrdən biridir”- deyə o bildirib.

 

Fəttah Kəbiri sözlərinin davamında qeyd edib ki, artıq məqbərəni genişləndirmək üçün heç bir problem yoxdur. Türbəyə nəzarət edən təşkilat, Xoy Bələdiyyə İdarəsi və Şəhər Şurası məqbərənin genişləndirilməsinə mane olan kənarındakı obyekti alıb, səlahiyyətli orqanlar qərar verincə dərhal işə başlanılacaq.

 

"Şəms Təbrizi" və ya "Şəmsəddin" ləqəbləri ilə tanınan Məhəmməd Bin Əli Bin Məlikdad Təbrizi 12-13-cü əsrlərdə yaşamış dünya şöhrətli mütəfəkkirdir. Təbriz şəhərində anadan olan Şəms Təbrizi olduqca böyük arif olub, o Mövlananı özünə məftun etməyi bacarmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN