“Sən çağırsan gələrəm mən” filmi Qorqan Film Festivalına yol tapıb – VİDEO

“Sən çağırsan gələrəm mən” filmi Qorqan Film Festivalına yol tapıb – VİDEO

GünAz TV: “Sən çağırsan gələrəm mən” sənədli filmi Qorqanda keçiriləcək film festivalının yekun mərhələsinə yol tapıb.

 

“Tənin-i məscid” qısametrajlı film festivalında nümayiş etdiriləcək sənədli film ötən Novruz bayramı günlərində “Türkmən səhra”da baş verən sel fəlakəti ilə bağlıdır, film güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin əsəridir.

 

“Sən çağırsan gələrəm mən” sənədli filmində Azərbaycan, türkmən və Qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunub, birliyin yaranmasında futbol və “Traxtur” komandasının rolu önə çəkilib.

 

Müəllif çəkdiyi filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən “Gümüştəpə”də qayıqları aşdığı üçün həlak olan 6 xilasediciyə həsr edib.

 

https://www.youtube.com/watch?v=Ql8vNgt-B08

 

“”Türkmən səhra” bölgəsində baş verən sel fəlakəti ilə bağlı xəbər yayıldıqdan dərhal sonra Azərbaycan və Qaşqay türklərinin yardım karvanı təbii fəlakət bölgəsinə yollandı. Yardım karvanları “Traxtur” komandası banneri və “Sən çağırsan gələrəm mən” sədası ilə hərəkət edib “Türkmən səhra”da türk ellərinin birliyini nümayiş etdirdilər.

Türk ellərinin bu şəkildə dayanışma nümayiş etdirməsi şiə və sünni bölgələri arasında mümkün inamsızlığı aradan qaldırdı. Siyasilərin öhdəsindən gələ bilmədiyi işi bir top görə bildi.”- deyə Məhəmməd Əlimuradi çəkdiyi sənədli film barəsində yazmışdır.

 

“Tənin-i məscid” festivalı avqustun 18 və 19-da Qorqan şəhərində keçiriləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN