“Sepah” generalı Təbrizdə evlərin üstündə məcburi olaraq İran bayrağının olmasını istəyib

“Sepah” generalı Təbrizdə evlərin üstündə məcburi olaraq İran bayrağının olmasını istəyib

GünAz TV: Güney Azərbaycanda müstəqillik ideyasının genişləndiyi bir vaxtda “Sepah” generallarından biri İzzətulla Cəfəri Təbrizdə ev və rəsmi orqanların binası üstündə İran bayrağının olmasını tələb edib.


İranın Müqəddəs Müdafiəsi Dəyər və Əsərlərinin Qorunması Fondunun rəis müşaviri bu barədə “Defa Press” agentliyinə danışıb.
“Bizim kütləvi informasiya vasitələrimiz bu günədək dini məsələlər üzərində işləyib. Hesab eliyirəm ki, bundan sonra vətənsevərlik mövzusuna diqqət yetirilməlidir.”- deyə o bildirib.


“Sepah” generalı sözlərinin davamında deyib: “Türkiyədə əksər ev və rəsmi orqanların binası üzərində Türkiyə bayrağı var. Biz də bunu etməliyik. Bu layihənin Şərqi Azərbaycanda həyata keçməsi üçün Təbriz Bələdiyyə İdarəsi ev və obyektlərə lisenziya verməsi üçün İran bayrağının asılmasını şərt kimi qoymalıdır.”


Qeyd edək ki, Güney Azərbaycanda son illərdə doğma Azərbaycanın müstəqillik ideyası əhali arasında geniş yayılıb. İran rejiminin Azərbaycan və türk kimlik və mədəniyyətinə qarşı qərəzli mövqeyi və tətbiq etdiyi qadağalar bu prosesi daha da sürətləndirib. Soydaşlarımız Azərbaycançılıq ideyasını bütün ictimai yerlərdə, o cümlədən idman stadinolarında müxtəif şüarlarla ifadə edir. İranın kütləvi informasiya vasitələri bu məsələyə dəfələrlə münasibət bildirib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN