Sərgidə “Azər türk” povilyonunun qarşısında “Haraya Haray mən türkəm” banneri ilə etiraz yığıncağı keçirilib – Səs faylı / GÖRÜNTÜ

Sərgidə “Azər türk” povilyonunun qarşısında “Haraya Haray mən türkəm” banneri ilə etiraz yığıncağı keçirilib – Səs faylı / GÖRÜNTÜ

GünAz TV: Tehranda keçirilən kitab sərgisində “Azər türk” nəşriyyatı povilyonuna hücum edildikdən sonra türk kitabları povilyonuna dəstək məqsədi ilə etiraz yığıncağı keçirilib.

 

Panfarsist quldurlara tutarlı cavab verən azərbaycanlılar üzərində “Haray Haray mən türkəm” və “Ölümə meydan oxuyan dəliqanlı türkəm mən” şüarları yazılmış banner nümayiş etdiriblər.

 

“Azər türk” nəşriyyatının qarşısına toplaşan soydaşlarımız panfarsistlərin ideoloqu Cavad Təbatəbayinin sərgiyə qatılmasına da etiraz bildiriblər.

 

Povilyona hücumla bağlı, mayın 9-da sərgiyə gedən bir neçə gəncin təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.

https://www.youtube.com/watch?time_continue=131&v=SP8wlS5p04Q

 

 

Mayın 7-də panfarsist bir qrup “Azər türk” nəşriyyatı  povilyonuna hücum edib, siz “azərisiniz, türk deyilsiniz” deyərək haray-qışqırıq salan hücumçular soydaşlarımızdan bir neçəsini döyüblər. Onlar həmçinin povilyonun lövhəsindəki “türk” sözünün üstünə xətt çəkiblər.

 

Çərşənbə günü isə kitab almaq üçün sərgiyə gedən İslam Məleki və Kazim Səfabəxş adlı azərbaycanlı fəallar Ettellat əməkdaşları tərəfində saxlanılıb, onlar bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

 

Bu zəmində daha çox məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

 

Tehranda keçirilən kitab sərgisində türk kitabları povilyonu panfarsistlərin hücumuna məruz qalıb, soydaşlarımız döyülərək təhqir olunub

 

 

 

 

 

 

 

N.S

 

 

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN