Şərqi Azərbaycan Əyalətinin Bostanabad şəhərində 40 məktəbdə yenidənqurma işləri aparılmalıdır

Şərqi Azərbaycan Əyalətinin Bostanabad şəhərində 40 məktəbdə yenidənqurma işləri aparılmalıdır

GünAz TV: Güney Azərbaycanın bütün əyalətlərində məktəb və dərs otağı çatışmazlığı uzun illərdir ki, öz həllini tapmır.

 

Bostanabad Təhsil idarəsinin rəisi Əhməd Əmir Huşəngi sentyabrın 23-də təhsil ocaqlarının açılışı münasibəti ilə təşkil olunan mərasim zamanı şagirdlərin məktəb və dərs otağı çatışmazlığı problemi ilə bağlı “İrna” xəbər agentliyinə məlumat verib.

 

“Yeni dərs ilində məktəblərin bir çox ehtiyacını təmin etməyə çalışdıq. Lakin şagirdlərin məktəb problemi hələ də öz həllini tapmayıb. Hal-hazırda 40 məktəb binasında əsaslı yenidənqurma işlərinə ehtiyac var. Bundan əlavə, 10 yeni məktəb binası təcili olaraq tikilməlidir.”- deyə o bildirib.

 

Əhməd Əmir Huşəngi Bostanabad məntəqəsində yeni dərs ilində 15 min 88 şagirdin qeydiyyata alındığını, onların 155 məktəbdə təhsil alacağını bildirib.

 

Təhsil İdarəsinin rəisi təmsil etdiyi məntəqədə 5 məktəb binasının xeyriyyəçilər tərəfindən tikilməkdə olduğunu da diqqətə çatdırıb.

 

Bostanabad bölgəsində yerləşən Tikmədaş Məntəqəsinin Təhsil İdarəsinin rəisi Yaqub Fərhəng də “İrna” xəbər agentliyinin müxbiri ilə danışığında şagirdlərin təhsil problemini sadalayarkən məktəb binalarının bərbad vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, Tikmədaşda 5 məktəb binasında əsaslı təmir və yenidənqurma işlərinə ciddi ehtiyac var.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN