Şərqi Azərbaycan taekvondo üzrə ölkə çempionatının qalibi olub

Şərqi Azərbaycan taekvondo üzrə ölkə çempionatının qalibi olub

GünAz TV: Avqustun 1-i və 2-də Təbrizin Purşərifi idman salonunda keçirilən böyüklər arasında taekvondo üzrə ölkə çempionatı Şərqi Azərbaycanın Əlif  komandasının qələbəsi ilə yekunlaşıb.

 

Məlumata görə, yarışlara ev sahibliyi edən komanda 3 qızıl, 2 gümüş və 1 bürünc medalla çempionatın qalibi olub.

 

1 qızıl, 2 gümüş və 2 bürünc medalla Tehran komandası ikinci, 1 qızıl, 2 bürünc və 1 bürünc medalla Əlborz komandası 3-cü yerdə qərarlaşıb.

 

4 bürünc medal qazanan Şərqi Azərbaycanın B komandası isə 9-cü yeri tutub.

 

Avqustun 1-də başlayan yarışlar cümə günü yekunlaşıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın idman komandaları minimum imkanla müxtəlif sahələrdə bir çox uğurlara imza atır. Əksər idman növləri üzrə güclü potensiala malik olan komandalar dövlət tərəfindən dəstəklənmir. Bu məsələ Güney Azərbaycan idmanının əsas problemi sayılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN