Şərqi Azərbaycana yerli olmayan valinin təyin olunacağından nigaranıq – Təbrizin millət vəkili

Şərqi Azərbaycana yerli olmayan valinin təyin olunacağından nigaranıq – Təbrizin millət vəkili

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Uşkaya) İran parlamentindəki millət vəkili Tehran tərəfindən Şərqi Azərbaycana yerli olmayan şəxsin vali təyin olunacağından ehtiyatlanır.

 

Məhəmməd Hüseyn Fərhəngi bu barədə yerli “Təbriz mən” xəbər agentliyinə danışıb.

“Yerli olmayan şəxslərin Şərqi Azərbaycan valiliyində işə gətiriləcəyindən nigaranıq, bu, məqsədəuyğun olmazdı”- deyə o bildirib.

 

Millət vəkili Şərqi Azərbaycan valisinin təqaüdə çıxması ilə bağlı da danışıb. O bildirib ki, “Məcid Xudabəxş təqaüdə çıxmayıb, o bunun üçün hələ 3 il çalışmalıdır. Amma Daxili İşlər Nazirliyi valinin iş yerinə dəyişəcəksə, bu başqa məsələdir. Lakin onu təqaüdə çıxanlara vəzifə verilməsinə qoyulan məhdudiyyətlə əlaqələndirmək düzgün deyil. Ona görə ki, M.Xudabəxşin təqaüdə çıxmaq vaxtı deyil.”

 

Məhəmməd Hüseyn Fərhəngi Şərqi Azərbaycan Deputatlar Birliyi barəsində də danışıb. O bildirib ki, “Deputatlar Birliyi qeyri-müəyyən vəziyyətlə üzləşib. Yayın əvvəlindən heç bir iclas keçirməyib, onun rəyasət heyəti də bəlli deyil.”

 

İran Daxili İşlər Nazirliyi son vaxtlar parlamentin təqaüdə çıxanların idarəçilik işlərinə cəlb olunmasına qoyduğu qadağaya uyğun olaraq təxminən 15 valini tutduğu vəzifədən uzaqlaşdırmaqla bağlı qərar qəbul edib. Valisi dəyişəcək əyalətlər arasında Şərqi Azərbaycan, Zəncan, Qəzvin, Mərkəzi və Həmədan əyalətlərinin adları çəkilir. Ərdəbil Əyalətinin valisi isə Qum şəhərinə intiqal edilə bilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN