Şərqi Azərbaycanda iş yerində baş verən qəzalarda ölən və xəsarət alanların sayı açıqlanıb

2020-03-05 09:59

GünAz TV: Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi son 10 ay ərzində əyalətdə iş yerində baş verən qəzalarda ölən və xəsarət alan işçilərin sayını açıqlayıb.

 

Əli Səfayifərd bu barədə çərşənbə günü mətbuata məlumat verib.

“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 10 ayında əyalət üzrə iş yerində baş verən qəzalarda biri qadın olmaqla 84 işçi həyatını itirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artım göstərir.

Bu müddətdə 1156 nəfər iş yerində baş verən qəzalarda xəsarət aldığı üçün tibbi müəssisələrə müraciət edib, onlardan 28-ci qadın olub.”- deyə o bildirib.

 

Tibbi Ekspertiza Mərkəzinin rəisi sözlərinin davamında mövzu ilə bağlı ötən ilin statistik məlumatına işarə edib.

“Ötən il ərzində Şərqi Azərbaycan Əyalətində iş yerində baş verən qəzalarda biri qadın olmaqla 73 nəfər həyatını itirib. Həmin müddətdə qəzalarda xəsarət alan işçilərin sayı isə 1306 nəfər olub. Müxtəlif dərəcəli bədən xəsarəti alanların 40-ı qadın olub.”- deyə Əli Səfayirad bildirib.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə sonuncu ölkələr sırasındadır. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02