Şərqi Azərbaycanda iş yerlərində baş verən qəzalarda 69 nəfər ölüb

Şərqi Azərbaycanda iş yerlərində baş verən qəzalarda 69 nəfər ölüb

GünAz TV: İran və Güney Azərbaycan şəhərlərində iş yerlərində ölümlə nəticələnən qəzaların ardı-arası kəsilmir.


“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi əyalətdə 8 ay ərzində iş yerlərində baş verən qəzalarda təxminən 70 nəfərin öldüyünü bildirib.


Əli Səfayifərd qeyd edib ki, cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 8 ayında Şərqi Azərbaycan Əyalətində baş vermiş iş qəzalarında biri qadın olmaqla 69 nəfər həyatını itirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artım göstərir.


Şərqi Azərbaycan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi bu müddətdə 924 işçinin baş verən qəzalarda müxtəlif dərəcəli bədən xəsarəti aldığını da diqqətə çatdırıb. Xəsarət alanlardan 25-i qadın olub.

“Ötən il (İran təqvimi ilə 1397-ci il) 12 ay ərzində əyalətdə baş verən iş qəzalarında 73 nəfər həyatını itirib, 1306 nəfər isə bədən xəsarəti almışdır. Ölən işçilərdən 1-i, xəsarət alanlardan isə 40-ı qadın olub.”- deyə Əli Səfayifərd əlavə edib.


İranda təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN