Şərqi Azərbaycanda koronavirus infeksiyası sürətlə yayılır, ölənlərin sayı 130 nəfərə çatdı

2020-03-29 13:29

GünAz TV: Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 130 nəfərə çatıb.

 

Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 130 nəfərə çatdığını bildirib.

 

Rəcayinin sözlərinə görə, keçən 24 saat ərzində Şərqi Azərbaycanda daha 89 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. O, əyalətdə koronavirusa yoluxanların sayının 1361 nəfərə çatdığını bildirib.

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

Rəcayi virusun Təbrizin bütün məntəqələrində yayıldığını deyərək əlavə edib ki, ən geniş yayılma faktı Qaraməlik, Maralan, Vəliəsr, Sərdəri, Yekədükan və Beheşti məhəllələrində qeydə alınıb.

 

Rəsminin sözlərinə görə “daha təhlükəli sayılan” bölgələrdə tədbirlər görülsə də yoluxanların sayı sürətlə artmaqdadır. Rəcayi vurğulayıb ki, “hər həftə infeksiyaya yoluxanların sayında 10-15 faiz artım müşahidə olunur”.

 

Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat yüksək olduğunu bildirir.

   

Ötən gün, Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək, hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi. Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Sarab və Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.

 

Şərqi Azərbaycan əyaləti və mərkəzi Təbrizdə koronavirusa yoluxanların və infeksiyadan ölənlərin kəskin artmasına baxmayaraq əyalət valisi Məhəmməd Rza Purməhəmmədi  hökumətin önləyici “tədbirlərinin nəticə verməsini” və xəstəliyə yoluxanların sayının azalmasını iddia etmişdi.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04