Şərqi Azərbaycanda ziyalıların köçməsi, işsizlik və iqtisadi tənəzzül ciddi problemdir – Məhəmmədrza Purməhəmmədi

Şərqi Azərbaycanda ziyalıların köçməsi, işsizlik və iqtisadi tənəzzül ciddi problemdir – Məhəmmədrza Purməhəmmədi

GünAz TV: Şərqi Azərbaycan valisi Məhəmədrza Purməhəmmədi təmsil etdiyi əyalətin əsas problemlərini dilə gətirib.


O bu barədə Şərqi Azərbaycanın ziyalı xanımlar və müdir postunda çalışan qadınlarla birgə keçirilən iclasda çıxış edib.


“Şərqi Azərbaycanın başlıca problemi elit təbəqəsinə mənsub insanların əyalətdən köçməsidir. Artıq kənd əhalisinin şəhərə köçməsi məsələsi gündəmdən çıxıb, əsas məsələ sərmayə sahibləri və elit təbəqəyə mənsub insanların əyaləti tərk etməsidir. Bunun nəticəsində həm əhalimizin sayı azalır, həm də büdcəmizə mənfi təsir göstərilir. İqtisadi inkişafa təkan verəbiləcək qüvvələrin əyalətdən köçməsi iqtisadiyyatımızın tənəzzülünə səbəb olur. Vəziyyət belə davam edərsə, biz gələcək 10 il ərzində Şərqi Azərbaycanda cəmiyyətin qocalmasına şahid olacayıq.”- deyə o bildirib.


Vali prezidentin qadınlar və ailə işləri üzrə müavini Məsumə İbtikarın qatıldığı iclasda bölgədə yaşanan işsizlik probleminə də toxunub.


“Şərqi Azərbaycanda işsizlşiyin səviyyəsi 10.3 faizdir. Bu rəqəm ali təhsilli kişilər arasında 22 və qadınlar arasında 32 faizdən ibarətdir.
Bizim əyalətdə məşğulluq səviyyəsi də çox aşağıdır. Lakin qeyrətli kişilərimizin sayəsində ictimai böhran yaşamırıq. Kişilər heç zaman demədilər ki, bizə pul verin. Onlar başqa yerlərdə işləyib ailələrinin güzəranını təmin etdilər.”- deyə vali əlavə edib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN