Səttarxan serialına azərbaycanlılardan sonra Loristandan etiraz

Səttarxan serialına azərbaycanlılardan sonra Loristandan etiraz

GünAz TV: Qeyri-fars millətləri ilə əlaqədar təhriflərlə dolu olan Səttarxan serialı azərbaycanlılarla yanaşı Losristan əhalisinin də etirazına səbəb olub.


Eatirazlar serialda gözə çarpan irqçilik və başqa millətlərə qarşı təhqir və aşağılama ilə bağlıdır.


Məlumata görə, bir qrup lor millət vəkili İran Teleradio Şirkətinə məktub ünvanlayaraq serialda “lor və bəxtiyari” qövmünün təhqir olunduğunu qeyd edərək onun yayımlanmasına kəskin etiraz ediblər.

 


Bundan öncə Səttarxan serialına azərbaycanlılar da kəskin etiraz bildirmişdir. Bu barədə aşağıdakı xəbəri oxuya bilərsiniz:
Təbrizli rejissor Qurbanəli Tahirfər: Səttarxanın həyat yoldaşının Şahnamə oxuması izləyicinin şüuruna açıqca hörmətsizlikdir


İranda qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinə qarşı həyata keçirilən ayrı-seçkilik siyasətinin təməli Pəhləvi rejimi tərəfindən qoyulsa da, bu siyasət islam cümhuriyyəti dövründə olduğu kimi davam etdirirlir. Proses təkcə iqtisadi, mədəni və siyasi sahələrlə məhdudlaşmır. İran mediası, o cümlədən Teleradio Şirkəti uzun illərdir qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərini təhqir edir, onların tarix və  mədəniyyətini təhriflərə məruz qoyur.



N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN